Ərdoğan fərman imzalayıb

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də respublikanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, fərman hökumətin rəsmi qəzeti “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləsi 1990-cı il noyabrın 19-da Parisdə bağlanmış, müqaviləni NATO-ya üzv olan 16 dövlətin və Varşava Müqaviləsi Təşkilatının altı üzv dövlətinin səlahiyyətli nümayəndələri imzalamışlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə