Gürcüstanda qondarma xarici agentlər haqqında qanunun qəbulu ölkənin Avropa İttifaqına daxil olmasına maneə ola bilər. Bunu Almaniya kanslerinin nümayəndəsi Kristian Hoffmann deyib. O xatırladıb ki, ötən il Avropa İttifaqı artıq Gürcüstandan qanun layihəsini qəbul etməkdən imtina etməyi tələb edib və ölkə rəhbərliyi onu gündəlikdən çıxarmağa söz verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi də oxşar mövqedən çıxış edib.
Onun mətbuat katibi Sebastyan Fişer deyib ki, “xarici agentlər haqqında” qanun qəbul edilərsə, müstəqil mətbuata təzyiq vasitəsinə çevrilə bilər və mətbuat azadlığı istənilən demokratiyanın əsaslarından biridir.
Və eləcə də Avropa İttifaqına üzv olmaq üçün ilkin şərtdir.
Fişer qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, Avropa İttifaqı ölkələri öz aralarında bir sıra məsləhətləşmələr aparacaq, nəticədə Gürcüstan ittifaqa daxil olmaq şansını itirə bilər.
Qeyd edək ki, Almaniya mediası Gürcüstanın “xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstanın yeni xarici işlər naziri İrakli Kobaxidzenin aprelin 12-də Almaniyaya planlaşdırılan səfəri zamanı müzakirə mövzularından birinə çevriləcəyini irəli sürür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB