Dnestryanıda hərbi hissəyə hücum edilib

Kamikadze pilotsuz uçan aparat Dnestryanı bölgənin Rıbnitsa rayonunda hərbi hissəyə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Respublika Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Pilotsuz təyyarə Ukrayna ilə sərhədin 6 kilometrliyində yerləşən hərbi hissəni vurub.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Faktla bağlı cinayət işi açılıb.

Bu idarədən bildirilib.

Deyilənlərə görə, bu, “respublika”nın hərbi obyektlərinə ilk hücum deyil.

Belə ki, mart ayında naməlum şəxslər Tiraspoldakı hərbi hissənin aerodromunda Mi-8 helikopterini partladıblar. Dnestryanı Moldova Respublikasının İstintaq Komitəsi faktla bağlı “Sabotaj” maddəsi ilə cinayət işi açıb.

Departamentin məlumatına görə, partlayış yerində dronun hissələri aşkar edilib. Bunlar çərçivənin parçaları, elektrik mühərrikləri, elektron lövhələrin hissələri və akkumulyatorlardır...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə