...Deməli, artıq məlum olduğunu təkrar kimi diqqətə çatdıran “İnterfaks” xəbər verir ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində ianə dəstəyi vermək niyyətindədir. SİA-nın əldə etdiyi məlumata görə, İrəvan bu pulu növbəti dörd il ərzində alacaq.
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Avropa İttifaqı guya Ermənistanda sabitliyin möhkəmləndirilməsində və ölkə daxilində sahibkarlığın inkişafında maraqlıdır. Yenə də deməli, Brüssel nüvə və bərpa olunan enerjini, eləcə də nəqliyyat infrastrukturunu maliyyələşdirəcək.
Bundan əlavə, Avropa Komissiyası rəhbəri Ermənistanın Rusiyaya qarşı sanksiyalarla bağlı siyasətini dəstəkləyib. (...burada bir balaca da olsa, artıq...“ay pipiyi qan xoruz”-A.B.) Von der Leyen vurğulayıb ki, erməni tərəfi məhdudiyyətlərdən yayınmağa imkan vermir.
Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində bildirib ki, İrəvan və Brüssel arasında demokratiya və insan haqları məsələlərində də ümumi dəyərlər var.
Ermənistan hökumətinin başçısı ölkənin məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün islahatların aparılması planlarını açıqlayıb. (...və belə görünür ki, Nikol bununla Putinin İrəvana gəlmək ehtimalına son qoyur...yəni birdə çaşıb gəlib eləsə, elə Zvartnosda da həbs olunacaq ”-A.B.)
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB