Bu da maraqlıdır ki..?
Deməli, Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov bu il Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək niyyətində olan rusiyalı tennisçiləri “xarici agentlər komandası” adlandırıb.
Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin ruslar və belaruslardan tələbinə əsasən rusiyalı idmançıların neytral bayraq altında yarışmağa razı olması Pozdnyakovu qəzəbləndirib.
Rusiyalı səlahiyyətlinin sözlərinə görə, söhbət konkret olaraq, çox vaxt xaricdə yaşayan, orada pul qazanan və eyni zamanda özləri üçün oynadıqlarını iddia edən, eyni zamanda...ən əsası ölkələrinin siyasətini pisləyən tennisçilərdən gedir.
Pozdnyakov əlavə edib ki, tennisçilərin idman nailiyyətlərinə hörmətlə yanaşır, lakin onlarla “insani və sivil nöqteyi-nəzərdən” razı deyil.
Qeyd edək ki, Rusiyanın aparıcı tennisçiləri Daniil Medvedev, Andrey Rublev və Daria Kasatkina və başqaları Paris Olimpiadasında iştirak etmək niyyətində olduqlarını bəyan ediblər.
Xatırladaq ki, bundan əvvəl Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner neytral bayraq altında Olimpiadada iştirak etməyə hazır olan idmançıları “bayraqsız, himni və azarkeşləri olmayan evsizlərdən ibarət komanda” adlandırmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB