İndi də bir səhvdir etmişik,..deyirlər

İndi də bir səhvdir etmişik,..deyirlər

...İsrail Müdafiə Qüvvələri bildirib ki, aprelin 1-də Qəzza zolağında humanitar yardım karvanına pilotsuz təyyarə ilə hücumda iştirak edən iki zabit xidmətdən uzaqlaşdırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hücum nəticəsində Qəzza zolağına humanitar yardım və ərzaq çatdıran Amerikanın “World Central Kitchen” qeyri-kommersiya təşkilatının 7 əməkdaşı – müxtəlif ölkələrin vətəndaşları həlak olublar.

Qeyd edək ki, humanitar yardım maşınlarına hücum bir çox ölkədə, o cümlədən ABŞ-da da hiddətə səbəb olub.

Onu da qeyd edək ki, İsrail Müdafiə Qüvvələri məsuliyyəti boynuna alıb və aprelin 5-də ölümlə nəticələnən insidentlə bağlı daxili araşdırmasının təfərrüatlarını açıqlayıb.

İstintaqın məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin komandirləri səhv ediblər.

Belə ki, onlar Qəzza zolağından keçən humanitar təşkilatın maşınlarından birində İsrailin Qəzza zolağında vuruşduğu ABŞ və Avropa İtti faqı tərəfindən tanınmış HƏMAS terror qruplaşmasının üzvü olduğuna qərar veriblər.

Bundan əlavə, hərbçilər maşınların “World Central Kitchen”a məxsus olduğunu müəyyən edə bilməyiblər.

Səhv nəticəsində zabitlər humanitar təşkilatın üç maşınına zərbə endirmək qərarına gəliblər.

Qeyd edək ki, istintaq təqsirkarların işdən çıxarılmaqdan başqa əlavə məsuliyyətlə üzləşib-düşməyəcəyi barədə məlumat vermir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə