...Və yeri gəlmişkən, bu gün günün ikinci yarısında Rusiyanın Morozovsk şəhərindəki hərbi aerodromda pilotsuz təyyarənin basqını davam edib.
Maraqlıdır ki, hücum zamanı atılan, amma partlamayan PUA-lardan biri “istintaq hərəkətləri” zamanı partlayıb.
Rusiya hərbi aviasiyası ilə əlaqəli Z-kanallı bununla bağlı ilk məlumat yayıb.
SİA “Dialoq”-a istinadən xəbər verir ki, daha sonra məlumatı Rostov vilayətinin qubernatoru Vasili Qolubev rəsmən təsdiqləyib.
Deməli, hadisə aprelin 5-i cümə günü günorta radələrində baş verib.
...Təxminən bir saat əvvəl düşmüş PUA ilə minalar təmizlənərkən aerodromda partlayış baş verdi. Xeyli ölən var...
Rusiyalı Z-bloger yazıb bunu.
Blogerin dediyinə görə, bu, artıq üçüncü haldır ki, Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiya təhlükəsizlik qüvvələrinin ətrafına toplaşarkən gecikmə ilə partlayır.
Qubernator Qolubevin sözlərinə görə, partlayış nəticəsində 8 Rusiya təhlükəsizlik işçisi yaralanıb. Onların vəziyyəti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, qubernator, əlavə tibbi briqadaların təcili olaraq Rusiyanın Morozovsk şəhərinə göndərildiyinə də aydınlıq gətirib.
Təbii ki, bu, zərərçəkənlərin vəziyyətinin ağır olduğunu deməyə əsas verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB