Canlı yayımda yemək videosu çəkmək istədi başına gələn qalmadı

Canlı yayımda yemək videosu çəkmək istədi başına gələn qalmadı

"TikTok"da yemək bişirən anlarını lentə almaq istəyən gənc qadının mətbəxində yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sobadan çıxan yanğın aspirator ventilyatoruna keçdikdən sonra nə edəcəyini bilməyən qadın yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyib.

Qadının təşvişə düşməsi və yanğına müdaxiləsi tamaşaçıların diqqətini çəkib. Qadın “Aspiratorum yanır, onu necə söndürəcəm?” deyib. Əvvəlcə bir stəkan su ilə, sonra üfürərək yanğını söndürməyə çalışıb. Yanğın böyüdükcə “evim yanır” deyə qışqırıb. Sosial şəbəkələrdə yayılan video izlənmə rekordları qırıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə