İranda 4,9 bal gücündə zəlzələ baş verib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Müşrage şəhərində olan 4,9 bal gücündə zəlzələ günorta saatlarında qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə