Bu münaqişədə qalib və məğlub olmamalıdır...

Bu münaqişədə qalib və məğlub olmamalıdır...

Siyasi nizamlanmada qalib və uduzan tərəf olmamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Ukraynadakı müharibə ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, “Ukrayna böhranı” məsələsində Pekinin mövqeyi ardıcıl, aydın və şəffaf olub.

...Böhranın daha da kəskinləşməsi və eskalasiyası riski var, ona görə də münaqişəni müharibə yox, danışıqlar yolu ilə bitirmək üçün gərginliyin azaldılmasına səy göstərilməlidir. Siyasi nizamlanmada qaliblər və uduzanlar olmamalıdır. Bunun əvəzinə sülh hökm sürməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu çinli spiker vurğulayıb.

Onun sözlərinə görə, Çin bu məqsədlə konstruktiv rol oynamağa davam edəcək.

...Çin nə münaqişəni yaradan, nə də onun tərəfi olub və heç vaxt heç bir tərəfi öldürücü silah və ya texnika ilə təmin etməyib. Biz münaqişədən faydalanmağa çalışmamışıq və çalışmayacağıq. Digər ölkələr bu münaqişəni gözdən salmamalı və tənqid etməməlidir. Çin və Rusiya arasında normal münasibətlər Çin və Çin şirkətlərinin qanuni hüquqlarına xələl gətirməməli, günahı əsassız olaraq Çinin üzərinə atmamalı və düşərgələr arasında qarşıdurmaya səbəb olmamalıdır.

Bunu da çinli diplomat deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə