...Ukrayna prezidenti Vladimir Zelenski aprelin 4-də cümə axşamı, Ukrayna Silahlı Qüvvələrinin mərmi çatışmazlığına baxmayaraq cəbhədəki mövqeləri sabitləşdirə bildiklərini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, axşam videomüraciəti zamanı Zelenski bildirib ki, Ali Baş Komandanın Qərargahında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib.
Onun dediyinə görə, mövqelər artıq sabitləşdirilib.
Zelenski əlavə edib ki, baş komandan Ukrayna qüvvələrinin işğalçıların irəliləməsinə mane olan hərəkətləri barədə məlumat verib.
...Və mərmi çatışmazlığı, tədarükün əhəmiyyətli dərəcədə yavaşlaması şəraitində bu nəticələr həqiqətən çox yaxşıdır.
Bunu bəyan edən Ukrayna prezidenti döyüş meydanında nəticələri təmin edən əsgər və komandirlərə təşəkkür edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB