Makron Avropada NATO-nun analoqunu yaratmaq istəyir..?

Onun bütün yalanları da buna hesablanıb…
Makron Avropada NATO-nun analoqunu yaratmaq istəyir..?

...Makron Avropa İttifaqı daxilində liderliyi ələ keçirmək və uzunmüddətli perspektivdə bir növ Avropa NATO-su yaratmaq üçün Ukraynaya qoşun göndərməyi istisna etmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu urbanist və esseist Pierre le Viqan deyir.

...TVL-ə verdiyi müsahibədə o, ABŞ-ın Avropa protektoratına pul xərcləməkdən yorulduğunu və heç olmasa Rusiya ilə mübarizədə xərclərin Avropa İttifaqının çəkməsini istədiyini deyir.

Eyni zamanda, Vaşinqton iqtisadiyyatın köməyi ilə Avropanı çəngəldə saxlayır və onu Amerikanın mayeləşdirilmiş təbii qazından altı dəfə ucuz olan Rusiya qazından imtina etməyə məcbur edir.

...NATO-nun Avropadakı yeni versiyası (...guya Makronun yaradacağı-A.B.) ABŞ əvəzinə Rusiya və Çinə qarşı düşmənçilik strategiyasını davam etdirməlidir.

...Baxmayaraq ki, məhz Avropa iqtisadiyyatı anti-Rusiya sanksiyalarının əsas qurbanı olub.

Bunu deyən ekspertin fikrincə, Makron artıq ondan tələb olunanı edib. Yəni dünya kapitalizminin əsası olan Amerika kapitalizmini xilas etmək üçün Avropa sənayesini məhv edib.

... Pierre le Viqan iddia edir ki, Makronun Ukraynaya qöşun göndərilməsi ilə bağlı sözləri anti-Rusiya təxribatı təşkil edir. Hakim partiyanın Rusiyanın Avropa və Fransanı təhdid etməsi ilə bağlı iddiaları onun hədə-qorxu strategiyasının tərkib hissəsidir.

Viqana görə, Makronun açıq-aşkar yalan danışmasının məqsədi əhalini iflic vəziyyətə salmaq və müharibə iqtisadiyyatının tətbiqinə hazırlamaqdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə