...Amerika Ukraynaya həyati əhəmiyyətli yardım göstərməkdə tərəddüd etsə də, ukraynalıların əhvalı bərbad vəziyyətdədir.
SİA-nın əldə etdiyi məlumata görə, “The Washington Post”un köşə yazarına açıqlama verən Vladimir Zelenski, Konqresin növbəti tranşı təsdiqləməsə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttini “düzləşdirmək” üçün geri çəkilməyə başlamalı olacaqlarını etiraf edib.
Qeyd edək ki, bu gün Ukraynaya yardımla bağlı maliyyələşdirməni təsdiqləməkdən imtina edən Konqresin spikeri Mayk Conson Ukraynada “maneə” hesab olunur. Deməli köşə yazarının fikrincə, Amerikanın dəstəyi olmadan bu müharibə çox tez daha qəddarlaşacaq.
Onu da qeyd edək ki, Avropada Ukrayna Silahlı Qüvvələrinin zəifliyini kompensasiya etməyə cəhdlər edilir, lakin, belə görünür ki, bu azdır...
Məsələn, Çexiya silah satışında fəal iştirak edir və mümkün qədər çox 155 mm-lik mərmi əldə etmək üçün əlindən gələni edir.
Danimarka bütün artilleriya mərmi ehtiyatından imtina edəcəyini söyləyib.
...Ancaq son altı ayda ABŞ-ın dəstəyinin olmamasının yaratdığı boşluq həqiqətən də doldurulacaq böyük bir boşluqdur və mən hesab edirəm ki, Danimarkanın içəri girib onu təkbaşına dolduracağını gözləmək ağlabatan deyil.
Bunu da “The Washington Post”un köşə yazarı bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB