Kurskda partlayışlar və yanğın olub...

Səbəb kimi dron hücumu olduğu bildirilir…
Kurskda partlayışlar və yanğın olub...

...Rusiyanın Kursk şəhərində dünən, aprelin 4-də axşam saatlarında, partlayışlar və yanğın olub. Deyilənlərə görə, bölgədə hava hücumundan müdafiə qüvvələri və vasitələri işləyir. Səbəb kimi dron hücumu olduğu bildirilir.

SİA bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoytun Telegram kanalına və yerli ictimai səhifələrə istinadən xəbər verir.

Qeyd edək ki, şəhərdə partlayışlar baş verməmişdən əvvəl regional hakimiyyət bölgədə pilotsuz təyyarələrin təhlükəsi barədə məlumat vermişdi.

Daha sonra Kurskdakı partlayışların görüntüləri internetdə görünməyə başladı.

Yeri gəlmişkən, camaat Mərkəzi Bazar ərazisində baş verən yanğından da danışıb.

...Kursk qubernatorunun dediyi kimi, şəhərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Daha sonra o, pilotsuz təyyarənin vurulduğu iddiası barədə məlumat verib və yanğınla bağlı məlumatı təsdiqləyib.

...Pilotsuz təyyarə vurulduqdan sonra Mərkəzi Bazarın ərazisində yanğın var. Əməliyyat xidmətləri hadisə yerinə yola düşüb.

Onu da qeyd edək ki, Rusiya rəsmisi nəşrləri də bunu təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə