...NATO-nun “yaşayıb-yaşamayacağı” əsasən ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən asılıdır və bu, alyans üçün “təcili suallar” yaradacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu şərtləri Kanadanın Munk Beynəlxalq Münasibətlər və Dövlət İdarəçiliyi Məktəbinin dosenti Timoti Sayl “Newsweek” jurnalına müsahibəsində qeyd edib.
...NATO bu qədər uzun müddət sağ qaldı, çünki bir-birinin ardınca ABŞ prezidentləri alyansın maraqlarını müdafiə etdilər.
Kanadalıya görə, amerikalı prezidentlər NATO-nun gələcəyini müəyyən edən ən vacib şəxslərdir..(?)
Və indi bu, NATO-nun sağ qalıb-qalmaması ilə bağlı aktual suallar doğurur.
...ABŞ-da prezident hakimiyyətə gəlsə və NATO-dan çıxmaq qərarına gəlsə, o zaman Avropa ölkələri öz təhlükəsizliklərini təşkil etmək üçün yeni yollar axtarmağa başlayacaqlar.
Bu, ABŞ-sız köhnə alyansın mövcudluğu və ya tamamilə yeni təşkilatın yaradılması ola bilər.
Bunları da kanadalı politoloq vurğulayıb.
...Qeyd edək ki, əvvəllər NATO-nu xasiyyəti pis olan yaşlı qadınla müqayisə edirdilər.
Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü kontekstində alyansı belə təsvir edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB