Moldovada Rusiyanın kamikadze pilotsuz təyyarəsinin qalıqları tapılıb

Moldovada Rusiyanın kamikadze pilotsuz təyyarəsinin qalıqları tapılıb

Bu arada Moldovada yenidən Rusiyanın kamikadze pilotsuz təyyarəsinin elementləri tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə xəbəri Moldova Respublikasının Sərhəd Polisi yayıb.

...Sərhəd Polisi bildirir ki, bu gün, 4 aprel 2024-cü il tarixində saat 14:15 radələrində Vulkanesti vilayətinin Etuliya-Vladiçeni şəhəri yaxınlığında qanadında “Qeran-2” yazısı olan məhv edilmiş pilotsuz uçuş aparatının qalıqları müəyyən edilib. Parçalar Moldova-Ukrayna sərhədindən təqribən 500 metr aralıda tapılıb.

Məlumatda belə deyilir.

Qeyd olunur ki, səlahiyyətli orqanlar hadisə yerinə gedib, pilotsuz təyyarənin qalıqlarının tapıldığı yerə giriş məhdudlaşdırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə