Rusiyalı “mujik” almanlara danos verirmiş..?

Rusiyalı “mujik” almanlara danos verirmiş..?

...Omsk şəhərinin 46 yaşlı sakini dövlətə xəyanətdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) 12 il müddətinə maksimum rejimli koloniyada cəza alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayət prokurorluğu yayıb.

Deməli, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmən şəxs 2022-ci ildə hərbi obyektlərin yeri haqqında məlumat toplayıb və bu məlumatları xarici dövlətə ötürməyə cəhd edib.

Omsk Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin rəsmi nümayəndəsi İrina Rusnak bildirib ki, cinayət işində iştirak edən şəxs məlumatları Almaniya hakimiyyət orqanlarına ötürmək istəyib.

Bunun üçün kişi əcnəbilərlə əlaqə saxlayıb.

Ötən ilin iyununda onun həbsi zamanı rusiyalıdan avadanlıq və fleş disk götürülüb.

Və həmçinin axtarış zamanı onun üzərindən Şengen vizası almaq üçün fotoşəkillər də tapılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə