“Bu, ölkədə fəlakət, kütləvi ölüm və xaosla doludur...”

“Bu, ölkədə fəlakət, kütləvi ölüm və xaosla doludur...”

...İjevsk məhkəməsi cərrah və beş uşaq anası Olqa Avdeyevanı ordunu “diskreditə etmək” maddəsi ilə 120 min rubl cərimə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Udmurtia Against Corruption” məlumat yayıb.

Qeyd edək ki, Avdeeva günahını etiraf etməyib və mühakimə olunduğu qanunu cinayət adlandırıb.

...Əgər siz qaranı ağ adlandırırsınızsa, bu, insanların reallıqla əlaqəni kəsməsinə səbəb olacaq. Bu, ölkədə fəlakət, kütləvi ölüm və xaosla doludur. Biz indi buna doğru gedirik.

Avdeeva məhkəmə iclasında deyib bunu.

Xatırladaq ki, 2022-ci ilin yayında həkim qadın, yerli Opera və Balet Teatrının divarında Müqəddəs Georgi Z-nin altına “faşistlər” sözünü yazıb. Belə ki, bu yazı tez bir zamanda rənglənib. Və maraqlıdır ki, yazını yenidən bərpa etməyə gedən Avdeeva bu vaxt tutulub.

...Və 2023-cü ilin iyununda İjevsklı qadın yenidən Z ilə eyni əraziyə Ukrayna çələngində və "Rusiya ZLO yaradır" plakatı ilə çıxıb.

Qadın bu dəfə də ordunu "diskreditə etmək" maddəsi ilə 30 min rubl cərimələnib və bir il əvvəlki yazı ilə bağlı epizod da daxil olmaqla onun barəsində cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə