NATO-ya üzv ölkələrin xarici işlər nazirləri toplantısı davam edir

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri toplantısı davam edir

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirləri toplantısı davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, toplantı çərçivəsində alyansın 75-ci ildönümü qeyd olunub.
NATO-nun mərkəzi-qərargahında keçirilən mərasimdə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq alyansın genişlənməsi üçün çalışacaqlarını bildirib.
NATO xarici işlər nazirləri bugünkü iclasda 2022-ci il fevralın 24-dən Rusiya ilə mübarizə aparan Ukraynaya hərbi yardımın daha effektiv həyata keçirilməsini müzakirə edəcəklər.
Bu çərçivədə NATO-Ukrayna Şurası toplanacaq.
İclasda Ukrayna prezidenti Volodimir Zelenski də onlayn qaydada iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə