...Qırğızıstan Latviyaya görə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, qırğızların “Tazabek” xəbər agentliyi xəbər verir ki, bunu Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov deyib.
O bildirib ki, Qırğızıstanın “Elkart” ödəniş sistemi üçün proqram təminatı Latviya şirkəti tərəfindən hazırlanıb. Və əgər Bişkek “Mir” kartı ilə işi dayandırmasa, MPC-ni (Banklararası Prosessinq Mərkəzi – A.B.) söndürəcək.
Ona görə də biz onu müvəqqəti dayandırdıq.
Bunu deyən Akılbek Japarov, ölkə hakimiyyətinin 4 milyon “Elcard” kartının sahiblərini “təhlükə altına almaq” istəmədiklərini də əlavə edib.
...Qurum rəsmisi vurğulayıb ki, Rusiya kartlarına müvəqqəti xidmət göstərilmir. Amma guya tezliklə bir sıra mexanizmlər və tədbirlər həyata keçiriləcək.
...Baş nazir onu da əlavə edib ki, guya yaxınlarda o ABŞ-a uçacaq və orada Qırğızıstanın Rusiya ilə vahid iqtisadi məkanda olduğunu və onunla münasibətləri dayandıra bilməyəcəyini izah etməyə çalışacaq.
Xatırladaq ki, aprelin 3-dən Qırğızıstandakı banklar da Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə