Mənzərəni seyr etmək istədi amma 7 metrlik divardan yıxıldı - FOTOLAR

Mənzərəni seyr etmək istədi amma 7 metrlik divardan yıxıldı - FOTOLAR

Bursada dostları ilə əylənmək üçün Uludağ yoluna çıxan 22 yaşlı gənc qız mənzərəni izləmək üçün dırmaşdığı divardan yıxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 7 metr hündürlükdən yıxılan qızcığaz sıxıldığı yerdən yanğınsöndürənlər tərəfindən xilas edilib. O, mənzərəni seyr etmək istəyərkən 7 metrlik divardan yıxılıb.

İddiaya görə, 22 yaşlı Sibel dostları ilə əylənmək üçün mənzərəli əraziyə gedib. Üzü mənzərəyə baxaraq oturmaq istəyən Sibel dırmaşdığı divardan təxminən 7 metr aşağı yıxılıb. Qapalı qalan gəncin dostları dərhal 112 "Qaynar Xətti"nə zəng ediblər. Xəbər verildikdən sonra əraziyə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. Qurum əməkdaşları kəndirlə aşağı enərək gənc qızı xərəklə yuxarı qaldırıblar. Bədənində qırıqlar olan Sibel xəstəxanaya sövq edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə