Yaponiyanın "Tan Tan" adlı ən yaşlı pandasının 28 yaşında öldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, pandanın ürəyinin dayanması nəticəsində öldüyü açıqlanıb.
Kobe şəhərindəki Oji zooparkının rəsmiləri 1995-ci ildə Çinin Çiçuan bölgəsində doğulan pandanın öldüyü zaman insan ömrü ilə müqayisədə 80-100 yaşında olduğunu bildirib. "Tan Tan" 2000-ci ildə, 1995-ci ilin yanvarında, ictimaiyyət arasında "Kobe zəlzələsi" kimi tanınan Böyük Hanşin zəlzələsindən sonra icarə müqaviləsi ilə şəhərə gətirilib. Bildirilib ki, məqsəd panda ilə təbii fəlakətdə zərər çəkən şəhər sakinlərinə təsəlli vermək olub.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB