Norveçdə parlament partlayış təhlükəsinə görə bağlanıb

Norveçdə parlament partlayış təhlükəsinə görə bağlanıb

Norveç Parlamenti (Stortinq) partlayış təhlükəsi ilə bağlı həyəcan siqnalından sonra bağlanıb. SİA xəbər verir ki, binadakı əməkdaşlar təxliyə edilib və hadisə ilə bağlı araşdırmanın aparılması üçün hadisə yerinə polis gəlib.

Təxminən iki saat sonra Stortinq ərazisinin ətrafındakı polis mühasirəsi qaldırılıb və polis əməkdaşları ərazidə gəzməyin artıq təhlükəsiz olduğunu bildiriblər.

Polis əməliyyatçısı Svend Byellandın sözlərinə görə, təhlükə ilə bağlı siqnal çərşənbə axşamı gecə daxil olub, lakin həqiqətəuyğun hesab edilməyib. Çərşənbə günü səhər yeni siqnal alınıb. “Bu təhlükə xəbərdarlıqları arasında hər hansı əlaqə olub-olmadığını bilmirik”, – deyə S.Byelland bildirib.

Hazırda bu həyəcan siqnallarının kim tərəfindən edildiyi araşdırılır.

Norveçli siyasətçi Terye Halleland bunun boş təhdid olsa belə, demokratiyaya hücum olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə