“Air France” aviaşirkətinin pilotları aprelin 15-də 2 günlük tətil edəcəklər. SİA xəbər verir ki, bu barədə pilotların həmkarlar təşkilatı məlumat yayıb.
Hava şirkəti əməkdaşları nəqliyyat sektorunda tətili qadağan edən qanuna qarşı çıxırlar. Sözügedən qanun layihəsi aprelin 9-da Senatda (Fransa parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Pilotlar bu layihənin parlamentin gündəliyindən birdəfəlik çıxarılmasını tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB