NATO Amerika üçün bəladan başqa bir şey deyil və ona görə də...

NATO Amerika üçün bəladan başqa bir şey deyil və ona görə də...

...NATO-nun 75-ci ildönümü ərəfəsində amerikalı mühafizəkar köşə yazarı Ceyms Karden alyansa qeyri-populyar şəkildə baxmağı və onun əvəzolunmazlığı və uğurları ilə bağlı bəzi dogmaları şübhə altına almağı təklif edir...

...Kardinin fikrincə, alyans hələ 1950-ci illərin ortalarında SSRİ-nin Avropanın mərkəzindən geri çəkilməyə başladığı və Qərblə Şərq arasında real münaqişə riskinin sovuşduğu vaxtda dağıla bilərdi.

Amma bu ərəfədə alyansa qoşulan Türkiyə, ərazisində yerləşdirdiyi “Yupiter” raketləri sayəində gərginliyin azalmasına az təsir etdi.

...Və SSRİ-nin dağılmasından cəmi iki il sonra NATO böyüməyə davam etdi.

Kardenə görə, bu stimul ABŞ-ın milli təhlükəsizliyinin tələblərindən çox, yenidən seçilməyə can atan o vaxtkı prezident Bill Klintonun daxili siyasətindən irəli gəlirdi.

...Klinton NATO-nun genişlənməsinə ehtiyacı Mərkəzi Avropada təhlükəsizlik boşluğunu aradan qaldırmaqla əsaslandırdı. Lakin çoxları bunun Baltikyanı və Ukraynada gərginliyi artıracağını proqnozlaşdırırdı.

Və bu qorxular gerçəkləşdi. Lakin bu gün bir çox NATO tərəfdarı hesab edir ki, Rusiyanın hərbi əməliyyatı fonunda Avropanı “rus ayısı”ndan qorumaq üçün alyansa həmişəkindən daha çox ehtiyac var. Karden hesab edir ki, bu cür arqumentlər, yumşaq desək, Rusiyanın milli təhlükəsizlik məqsədlərinin anlaşılmazlığına əsaslanır. Daha yumşaq desək, bunlar fantaziya və təbliğatdır.

...Rusiyaya bütün Avropa lazım deyil..?

...Gəlin NATO-nu nə adlandıraq: ABŞ-ın həqiqi milli təhlükəsizlik maraqlarına təhlükə yaradan lazımsız ittifaq. NATO tərəfdaşlarımızdan asılılığı təşviq edir; strateji əhəmiyyətsiz, lakin vəhşicəsinə döyüşən müştəri dövlətlərin ehtiyatsızlığını təşviq edir; ona qoşulmaq istəyən ölkələrin inanılmaz dərəcədə özünümüdafiə davranışını təşviq edir; ABŞ-ı Yaxın Şərq və Şimali Afrikanın işlərinə qarışmağa təşviq edir və kömək edir, burada bizim praktiki olaraq heç bir əlaqəmiz yoxdur.

Maraqlıdır ki, bunları deyən amerikalı köşə yazarı 75 ili NATO üçün kifayət hesab edir və İkinci Dünya Müharibəsinin bitməsindən səksən il sonra Avropanın ayağa qalxmasının vaxtı çatdığına bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə