Alman pensiyaları Rusiya təhlükəsinə qarşı müdafiədən daha dəyərlidir..?

Alman pensiyaları Rusiya təhlükəsinə qarşı müdafiədən daha dəyərlidir..?

...Almanlar üçün öz pensiyalarının təhlükəsizliyi Almaniyanın təhlükəsizliyindən daha vacibdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Frankfurter Allgemeine” qeyd edir.

...Qeyd edilir ki, Rusiya təhlükəsi deyilən bu məsələdə heç nəyi dəyişməyib. Federal maliyyə naziri Kristian Lindnerin üç il ərzində sosial xərcləri dondurmaqla müdafiə büdcəsinin xeyrinə büdcə relyefini yaratmaq cəhdi ölkədə güclü müqavimətlə üzləşib.

Və maraqlıdır ki, bu etiraz təkcə ictimai təşkilat və həmkarlar ittifaqları tərəfindən deyil, həm də Sosial Demokrat Partiyasının aparıcı siyasətçiləri də pensiyaların kəsilməsi ideyasına qarşı çıxıblar.

Belə ki, vitse-kansler Robert Habek, Rusiyaya qarşı müdafiəni maliyyələşdirmək üçün sosial xərclərin azaldılması ilə bağlı xəbərdarlıq edib.

...Hərbi xidmətlər üçün daha çox pula ehtiyacımız olduğu üçün rifah dövlətini azaltdığımızı düşünməyi fəlakət hesab edərdim.

Habek deyib bunu.

Yeri gəlmişkən, bu gün Almaniyada pensiyalar birbaşa müdafiə xərcləri ilə müqayisədə üstünlük təşkil edir. Belə ki, maliyyə nazirliyi bu il pensiya sığortasına 127,3 milyard avro xərcləməyi planlaşdırdığı halda, ölkədəki müdafiə büdcəsi 52 milyard avrodan bir qədər azdır.

...Və xatırladaq ki, Almaniyada pensiya sığortası getdikcə bahalaşır. Tezliklə əmanətçilər daha yüksək mükafatlar ödəməli olacaqlar və hökumət daha da yüksək subsidiyalar ödəməli olacaq. Artıq yaşlı insanlar üçün federal xərclər hərbi satınalmalara ayrılan xərclərdən təxminən altı dəfə çoxdur. Bu da almanlar üçün həqiqətən nəyin əziz olduğunu göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə