...Soçidə apellyasiya məhkəməsi dövlətə xəyanət işi üzrə 18 yaşlı məktəbli Kevin Likə verilən 4 il həbs cəzasını təsdiqləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lik ötən ilin dekabrında məhkum edilib.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Maykopdakı hərbi hissənin şəklini çəkib və şəkilləri “xarici dövlətin nümayəndəsinə” göndərib.
O an Likin hələ on səkkiz yaşı yox imiş.
Beləliklə, o, Rusiyada dövlətə xəyanət maddəsi ilə məhkum olunan ən gənc şəxs olub.
Qeyd olunub ki, məhkəmə cəzanı yüngülləşdirən halları nəzərə alıb: təqsirkarın etirafı və istintaqa köməkliyi, xroniki xəstəliklərin olması, məktəbdən gələn müsbət xüsusiyyətlər və “müxtəlif olimpiadalarda çoxlu qələbələr”.
Yeri gəlmişkən, Likin Almaniya vətəndaşlığı da var və bo, bu ölkədə doğulub. O, 12 yaşında anası ilə birlikdə Rusiyaya köçüb.
Maraqlıdır ki, alman diplomatları onunla görüşdən imtina etdilər.
...Və çərşənbə günü Moskva vilayətinin hərbi apellyasiya məhkəməsi daha bir məktəbli, 17 yaşlı Yeqor Balazeikinin üç hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə altı il müddətinə islah koloniyasında cəzasını təsdiqləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB