Belarus hərbçiləri nə Putin, nə də Lukaşenko üçün döyüşmək istəmirlər...
Bu arada Lukaşenko müharibəyə hazırlaşdığını bildirib. Lakin, deyilənlərə görə, onun güclü qorxusu da var.
Məsələ bundadır ki, o, öz qoşunlarına əmr versə, belarus könüllüləri qoşunların irəliləməsini dayandıra biləcəklər..?
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Kanal 24-ə Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman bildirib.
O, qeyd edib ki, Belarus hərbçiləri nə Vladimir Putin, nə də Lukaşenko üçün döyüşmək istəmirlər.
O, həmçinin əlavə edib ki, əgər Lukaşenko hücuma keçməyə qərar verərsə, bu halda Ukrayna qoşunları sizi çox gözlətməyəcək.
Xatırladaq ki, bu gün xeyli sayda Belarus könüllüləri Ukraynanın tərəfində ruslara qarşı vuruşurlar.
...Rusiya-Ukrayna müharibəsi veteranının sözlərinə görə, onlar, yəni Ukraynadakı könüllülər dəfələrlə deyiblər ki, belaruslar Ukraynaya qarşı hücuma keçsələr, bu halda onlarla “danışmaq” üçün məhz özləri onların qabağına çıxacaqlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB