Rusiya Krım körpüsünə Ukraynadan gələn yeni təhdidlərə cavab verib

Rusiya Krım körpüsünə Ukraynadan gələn yeni təhdidlərə cavab verib

...Əgər onlar yenidən Krım körpüsünə hücum etməyə cəhd etsələr, Kiyev vaxt itirəcək(?).

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, senator Sergey Tsekov News.ru ilə söhbətində təhdidlərə belə cavab verib.

İddialara görə, bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən obyektə yeni hücumların hazırlanması barədə məlumat yayıbmış.

Tsekovun sözlərinə görə, əvvəlki hücumlardan sonra yarımadada Krım körpüsünün mühafizəsinin mümkün hücumlardan yaxşılaşdırılması üçün işlər görülüb.

Xüsusilə körpüyə bitişik akvatoriyada bumlar quraşdırılıb. Senator bildirib ki, Kerç körpüsü Krımı Rusiyanın qalan hissəsi ilə birləşdirən yeganə yol deyil və Ukrayna körpünün sıradan çıxarılmasının yarımadanın logistikasını ciddi şəkildə pozacağına inanmaqla yanılır.

Siyasətçi Ukraynanın körpüyə hücum etmək niyyətini “nəsə bacardıqlarını göstərmək” istəyi ilə izah edib.

Deyilənlərə görə, aprelin 2-də Ukrayna 2024-cü ilin fevralında Krım körpüsünü dağıtmaq və yarımadanın şəhərlərinə Krım tatarlarının adlarını vermək istədiyini bildirən xarici işlər nazirinin müavini Emina Japarovanı vəzifəsindən azad edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə