...Rəsmi Düşənbənin “Crocus City Hall”dakı terror aktında ittiham olunan 4 Tacikistan vətəndaşına qarşı qəbuledilməz işgəncələrə yol verən Rusiya təhlükəsizlik qüvvələrinin qəddarlığı ilə bağlı susması hökumətin tənqidinə səbəb olub.
SİA yaşananlarla bağlı bəzi tənqidçilərin fikrinə istinad edir. Əslində harada olmasından və hansı cinayəti törətməsindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquqları var və onlara hörmət edilməlidir.
Burada hökumətin susması nə deməkdir?
...O gün saxlanılan Tacikistan vətəndaşlarından biri qulağı kəsilmiş, digəri çoxsaylı döyülmələrə görə huşsuz vəziyyətdə, üçüncüsü isə boynuna polietilen torba parçası ilə həbs qətimkan tədbiri seçildiyi məhkəmə zalına aparılıblar.
...Gərək ki, yadınızda olar, SİA-nın bir müddət...yazdığı kimi: “Da zdrastvuy sud, samıy qumannıy sud mira..?”
Deyim ki, ürək ağrıdan bu görüntülər heç Hollivud döyüş filmlərindəki fraqmentə də bənzəmir.
Lakin unutmayın ki, bu real həyatdan, Rusiya məhkəmə zalından götürülmüş ürəkağrıdan səhnələrdir.
Qeyd edilməlidir ki, Tacikistanın daha 5 vətəndaşı bu cinayət işi üzrə əsas müttəhimlərə köməklik etməkdə ittiham olunur. Belə görünür ki, hələ davamı gələcək?
...Təbii ki, “Crocus City Hall”dakı dəhşətli terror aktı bütün dünyada, o cümlədən Düşənbədə pisləndi.
Lakin Tacikistan hakimiyyətinin məhbusların vəhşicəsinə işgəncələrə məruz qalması ilə bağlı susması hökumətin tənqidinə səbəb olub.
Harada olmasından asılı omayaraq, hökumət öz vətəndaşlarının hüquqlarını müdafiə etməlidir.
Amma məsələ bundadır ki, indiyədək Tacikistan hakimiyyətinin bəyanatlarının heç birində təqsirsizlik prezumpsiyası və Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətlərinin pislənməsi ilə bağlı bir sətir də yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB