...Fransa hakimiyyəti bu ayın əvvəlindən Ukraynaya göndəriləcək 1,5 min hərbçi hazırlaya bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Paris tərəfindən hərbi kontingentin hazırlanması ilə bağlı yeni məlumatlar” verib.
Onun sözlərinə görə, Fransa legionunun komandanlığının martın əvvəlində təxminən 1,5 min nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqlədiyi barədə məlumatlar var.
...TASS xəbər verir ki, diplomat aprel ayında bir qrup fransalı hərbçinin Ukraynaya sürətlə yerləşdirilməsi üçün tam döyüş hazırlığına gətiriləcəyinə dair məlumatlara istinad edib.
Yeri gəlmişkən, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Avropa liderləri ilə görüşdən sonra Qərb qoşunlarının Ukraynaya göndərilməsi imkanını istisna etmədiyini bildirib.
Fransa lideri daha sonra onun ölkəsinin Ukraynaya yardım məsələsində “qırmızı xətləri”n olmadığını bəyan edib.
...Və ötən gün Macarıstanın baş naziri Viktor Orban Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkün vaxtını açıqlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB