Çində şiddətli fırtınalar olub - 7 ölü, 11 yaralı

Çində şiddətli fırtınalar olub - 7 ölü, 11 yaralı

Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufanlar nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.

Vilayətin paytaxtı Nançanq şəhərində bir binanın damı tufan nəticəsində uçub. Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib. Nançanqda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb. 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə