Venesuelada dünyanın ən yaşlı kişisi Juan Vicente Perez Mora 114 yaşında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1909-cu ilin may ayında dünyaya gələn Perezin 11 uşağı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötükcəsi var. O, 2022-ci ildə dünyanın ən yaşlı kişisi kimi "Ginnesin Rekordlar" kitabına düşmüşdü.
Ginnes 2022-ci ildə etdiyi açıqlamada onun beş yaşında ikən atası və bacı-qardaşları ilə tarlada işləməyə başladığını, şəkər qamışı ilə qəhvə istehsalına kömək etdiyini bildirib. O, əkinçiliklə məşğul olmuşdur.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB