Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində çoxlu ev dağılıb, yollar uçub.
34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində bölgədə bəzi binaların dağıldığı bildirilib. Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə, birinci zəlzələdən sonra 20 dəqiqə ərzində 6,4 bal gücündə ikinci zəlzələnin qeydə alındığı açıqlanıb. Tayvanın Mərkəzi Meteorologiya İdarəsi adanın şimal bölgələri üçün sunami xəbərdarlığı edib. Bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB