Botsvana Almaniyanı fillərlə təhdid etdi

Botsvana Almaniyanı fillərlə təhdid etdi

Dünyanın ən çox fil sayına malik olan ölkəsi Botsvananın prezidenti Masisi, fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyanı 20 min fil göndərməklə hədələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Masisi “Bild” qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil kütləsini qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil kütləsinin partladığına diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu ifadə edib. Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək, "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır" deyə qeyd edib. Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini bildirib. Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini söyləyib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə