Tayvanda baş verən zəlzələdən sonra sunami Yonaquni adasına çatıb

Tayvanın şərq sahillərində 7,3 bal gücündə güclü zəlzələdən sonra Yaponiyanın Yonaquni adasının sahillərinə hündürlüyü 0,3 m olan sunami çatıb.

SİA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, dalğanın hündürlüyünün arta biləcəyi barədə xəbərdarlıq edilib.

Bundan əvvəl Yaponiya Milli Meteorologiya İdarəsi Okinava prefekturasına daxil olan adaların sahillərini vura biləcək sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə