Tayvanda güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib

Tayvan adasında 7,3 bal gücündə zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında qeydə alınıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Dənizdə dalğanın hündürlüyünün 3 metrə çatacağı proqnozlaşdırılıb. Əhaliyə sığınacaqlarda yerləşmə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə