ABŞ Rusiya ilə dialoq üçün şərt qoyub...

...ABŞ dövlət katibi Entoni Blinken LCI telekanalına müsahibəsində Rusiya ilə dialoqun şərtini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfinin siyasəti dəyişərsə, Vaşinqtonla Moskva arasında dialoq istisna edilmir.

...Problem ondadır ki, biz belə dəyişikliklərin əlamətlərini görmürük. Ümid edirəm ki, bir gün və o gün tezliklə gələcək, ölkələrimiz arasında münasibətlər indiki kimi olmayacaq.

Blinken əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə dəvət edilməsi iştirakçı ölkələr konsensusa gələrsə, mümkündür.

...Lakin indiki şəraitdə bunun nə qədər faydalı ola biləcəyini və bu konsensusun necə əldə oluna biləcəyini görmək çətindir.

Amerikalı dövlət katibi deyib bunu.

Yeri gəlmişkən, Braziliya hakimiyyəti və prezident Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin həbs edilməsi ilə bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin mövcud orderinə baxmayaraq, Putinin G20 sammitinə səfərini təşkil etmək istəyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə