Qəzzanın infrastrukturuna dəyən ziyan qiymətləndirilib...

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ilin oktyabrından bu ilin yanvarınadək Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 18,5 milyard dollar qiymətləndirib.

SİA xəbər verir ki, bu barədə hər iki strukturun birgə hesabatında qeyd olunub.

Sənəddə qeyd edilib ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 faizinə bərabərdir. Ən çox mənzil sektoru zərər çəkib. Belə ki, dəymiş ziyanın beşdə dörddən çoxu yaşayış binalarında (ümumi məbləğin 72 faizi) və ticarət, sənaye və xidmət sahələrində (ümumi məbləğin 9 faizi), qalan 19 faizi isə qəza ilə bağlı kritik obyektlərdə baş verir. Ümumi zərərin demək olar ki, 80 faizi Qəzza, Şimali Qəzza və Xan Yunis əyalətlərinə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə