Medvedev: Ukrayna artıq terrorçu dövlətə çevrilib

...Ukrayna artıq terrorçu dövlətə çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, “keçmiş Ukraynanın terrorçu dövlət” kimi tanınması ilə bağlı müzakirələri “tamamilə sxolastik” adlandırıb.

...Əslində Ukrayna artıq öz və əcnəbi vətəndaşlarını heç bir nəticə vermədən sərbəst şəkildə qətlə yetirən terrorçu dövlətdir. O, şəhərlərdə, səngərlərdə hətta həbsxanalarda belə öldürür.

Qeyd edək ki, Medvedev bunu Telegram-da yazıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Minsk vasitəsilə Kiyevə antiterror tələbləri ilə nota göndərdiyini bildirib.

Rusiyada baş verən bir sıra terror aktları ilə əlaqədar Moskva Kiyevdən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun həbsini tələb edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə