Müharibə təkcə insanlara deyil, digər canlılara da ziyan vurur...

Krasnodar diyarı sahillərində bir həftə ərzində 100-dən çox delfin ölüb

...Son həftələr Krasnodar diyarında ölən delfinlərin sayı kəskin artıb. “Delfi” Elmi və Ətraf Mühit Mərkəzinin məlumatına görə, təkcə martın son həftəsində 101 ölü delfin tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ümumilikdə mart ayında sahildə 137 ölü delfin tapılıb.

Ekoloqlar bildirirlər ki, sahilə çıxan delfin cəsədlərinin əksəriyyətində balıq torlarının izləri var. Bundan əlavə, bəzi cəsədlər bağırsaqları kəsilmiş və onlara daş bağlanmış vəziyyətdə tapılır.

...Əlbəttə ki, balıqçılar delfinləri qəsdən öldürmürlər (...qeyd edək ki, kitkimilər torlara düşəndə ​​ölür-A.B.).

Ola bilsin ki, balıqçılar bu yolla onların torlarına düşən delfin cəsədlərdən xilas olmağa çalışırlar.

Qeyd edim ki, bu ekoloqların gəldiyi qənaətdir.

...Rusların yazdığına görə, bu il Qafqazda kambala ovu üçün kvota iki dəfə artırılıb. Qeyd edək ki, kambala torları dəniz məməliləri üçün ən təhlükəli hesab olunur.

Maraqlıdır ki, ekoloqlar təcili olaraq bu torlara qarşı alternativ axtarmaq və ya balıqçılıq qaydalarına yenidən baxmaq lazım olduğunu bildirirlər.

Təbii ki, əks halda Kuban sahillərindəki Qara dəniz delfinsiz qala bilər.

...Keçən il ekoloqlar Ukraynada gedən döyüşlərin Qara dəniz delfinlərinə ziyan vurduğu barədə bildirmişdilər.

Belə ki, Qara dənizdə mərmi partlayışları heyvanların həyat tərzini pozur və onlar daha çox stresdən ölürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə