Şimali Koreyanın ballistik raket atdığı BƏLLİ OLDU

Şimali Koreyanın ballistik raket atdığı BƏLLİ OLDU

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, orta mənzilli olduğu güman edilən raket Yapon dənizinə düşüb. Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı raketin 100 kilometr yüksəkliyə çata biləcəyini və havada maksimum 650 kilometr məsafə qət etdiyini və Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyünü açıqlayıb. Bildirilib ki, raketin düşdüyü ərazidə hərəkət edən dəniz və hava elementlərinə heç bir ziyan dəyməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə