İsveçrədə qar uçqunu olub - üç nəfər həlak olub

İsveçrədə qar uçqunu olub - üç nəfər həlak olub

İsveçrənin Tsermat dağ-xizək kurortunda qar uçqunu baş verib. SİA xəbər verir ki, əlverişsiz hava şəraitinə baxmayaraq dərhal xilasetmə işlərinə start verilib. Bir neçə saatdan sonra məlum olub ki, təbii fəlakət üç nəfərin həyatına son qoyub.

Aidiyyəti qurumlar Alp dağlarında güclü külək və güclü qar yağması davam etdiyi üçün turistləri növbəti fəlakət təhlükəsi barədə xəbərdar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə