Litvadakı NATO batalyonları sərhəddə təxribat törədə bilər...

Litvadakı NATO batalyonları sərhəddə təxribat törədə bilər...

NATO-nun üç batalyonu Litvada, Belarus sərhədindən 15 km aralıda, Pabrade şəhəri yaxınlığında yerləşən poliqonda cəmləşib. “Belarus 1” telekanalı Belarus Silahlı Qüvvələrinin Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri Aleksandr Naumenkoya istinadən bildirir ki, o, bu üç batalyonun dövlət sərhədi yaxınlığında təxribat törətmək üçün istifadə oluna biləcəyinə şübhə etmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belaruslu hərbçi NATO-nun törədəcəyi ehtimal olunan təxribatın vasitəsini də göstərib: “...sabotaj-kəşfiyyat qruplarından və qeyri-qanuni silahlı birləşmələrdən istifadə etməklə”...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə