Türkiyədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
...Türkiyədə “İslam Dövləti” terror qruplaşması adından terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
SİA-nın xəbərinə görə, bu barədə “Hürriyet” məlumat yayıb. Deməli, nəşrin məlumatına görə, şübhəlilər Pendik rayonundakı mənzildə saxlanılıblar.
Baxış zamanı onlardan jandarm forması, polis jileti, papaq, rasiya, tapança qaboru, bıçaq və üzərində “təlimat” yazılmış elektron materiallar aşkar edilib.
Onlar Türkiyədə terror aktı planlaşdırırmışlar, onun həyata keçirilməsi artıq “qabaqcıl mərhələdə” imiş.
Dindirilmə nəticəsində saxlanılanlardan biri 37 yaşlı Tacikistan vətəndaşı həbs edilib, digəri isə 41 yaşlı Qırğızıstan vətəndaşı ölkədən deportasiya edilib.
Hazırda müstəntiqlər onların hansı “İslam Dövləti” qruplaşması ilə əlaqəli olduğunu araşdırır.
Hücumun məqsədləri hələ ki, məlum deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB