Rusiya ilə razılaşma qaçılmazdır..?

Ancaq bu halda, dünya müharibəsindən qaçmaq mümkündür..?

NATO-nun 75 yaşı tamam olur!

…Və bəlkə də elə bunun fövqündə Avropa liderləri əhalini silaha olan xərclərin artmasına hazırlayır və eyni zamanda üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı bəyanatlar daha çox eşidilir.

Yeri gəlmişkən, İspaniyanın Baş naziri Pedro Sançes artıq həmkarlarından üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıqları ilə ajiotaj yaratmamağı xahiş etsə də, lakin müdafiə naziri belə bir ehtimalın mütləq mövcud olduğunu da gizlətmir.

Nəticə etibarı ilə yenidən silahlanma ilə bağlı arqumentlər məntiqli görünür.

SİA-nın əldə etdiyi məlumata görə, “La Vanguardia” direktorunun müavini Lola Qarsiya yazdığı məqalədə deyir ki, Rusiyanın hərəkətləri nəticəsində(?) ABŞ-dan asılılığı ilə üzləşən Avropa bu qənaətə gəlir ki, təhlükəsizliyini gücləndirməlidir.

Ukrayna münaqişəsinin əvvəlində Avropa deyirdi ki, sanksiyalar Rusiya liderini, o cümlədən öz əhalisi arasında təcrid edəcək, lakin indi artıq bu cür bəyanatların yersizliyini görmək olur.

NATO-nun yaradılmasından 75 il sonra yeni qlobal tarazlıq təhlükə altındadır, lakin müəllifin fikrincə, Ukrayna münaqişəsi yalnız razılaşma ilə bitə bilər.

…Və biz yalnız Ukrayna üçün ən yaxşı şəraiti təmin etməyə çalışa bilərik və Avropaya Rusiya ilə münasibətləri yumşaltmağa eləcə də üçüncü dünya müharibəsi haqqında düşünməməyə imkan versin…

Bunu da Qarsiya yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə