...Rusiya “Taliban”ın (Rusiyada qadağan edilmiş terror hərəkatı kimi tanınan-A.B.) terror təşkilatı statusunu ləğv etməyi planlaşdırır.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hazırda Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi bu məsələlər üzərində işləyir.
Və eyni zamanda, bu məsələ ilə bağlı yekun qərarı Rusiyanın siyasi rəhbərliyi verəcək.
TASS-ın məlumatına görə, “Taliban” nümayəndə heyəti mayın 14-dən 19-dək Tatarıstanda keçiriləcək “Rusiya - İslam dünyası: KazanForum” forumunda qəbul olunacaq.
Xatırladaq ki, 2023-cü ilin iyununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın “Taliban” hökumətini tanımaq niyyətində olmadığını bildirmişdi.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Əfqanıstan hakimiyyəti insan haqlarının vəziyyətini yaxşılaşdırmalı və öz səlahiyyətlərinin həyata keçirilməsində inklüzivliyə nail olmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB