Voronejdəki “Çayxana” nədən partlayıb?

Voronejdəki “Çayxana” nədən partlayıb?

...İlkin məlumatlara görə, Voronejdəki “Çayxana” kafesində baş verən partlayışa səbəb pəncərədən atılan qumbara ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə təfərrüatlar Mash Telegram kanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, kanalın məlumatına görə, bu, hazırda müstəntiqlərin əsas versiyasıdır.

Eyni zamanda, Lenta.ru-nun mənbəsi qeyd edib ki, ekspertlər hələ partlayışın səbəbləri ilə bağlı yekun nəticəyə gəlməyiblər.

...Kafedə evdə hazırlanmış pirotexniki vasitənin işə düşmə ehtimalı yüksəkdir, lakin ekspertlərin rəyinə qədər bunu demək tezdir.

Deməli bunu rusiyalı “başbilənlər” bəyan ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə