Hakan Fidan Lavrovla danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.

Onlar, həmçinin, Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə