İsrail BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün BMT-yə müraciət edib.
SİA xəbər verir ki, İngiltərədə dərc olunan "The Guardian" qəzetinin BMT səlahiyyətlilərinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail müraciəti keçən həftə edib.
UNRWA-nın bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti Baş Qərargah rəisi Herzi Halevi tərəfindən təqdim edilib.
Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmədiyini bildirən İsrail bölgəyə daha çox yardımın daxil olmamasında BMT-nin Qəzzadakı imkanlarını günahlandırıb.
Adları gizli saxlanılan və fikirləri xəbərlərdə yer alan BMT rəsmiləri müraciətin BMT-ni “Qəzzada aclıqla mübarizədə əməkdaşlıq etmək istəməyən tərəf” kimi göstərmək məqsədi daşıdığını bildirib.
İsrailin bu müraciəti UNRWA-nı məhv etmək planının bir hissəsi olaraq etdiyini iddia edən bir səlahiyyətli, "Əgər buna icazə versək, bu, tamamilə İsrail tərəfindən idarə olunacağımız mənasını daşıyacaq və separatizmlə mübarizə və yardımların təmin edilməsində ən böyük təşkilat olan UNRWA-nın məhv edilməsində BMT əməkdaşlıq edən kimi olacaq" deyibs.
Rəsmilər həmçinin bildiriblər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailin müraciətini dəstəkləyir, lakin UNRWA-nı dəstəkləyən digər ölkələr və BMT-nin baş katibi Antonio Quterreş bu tələbin əleyhinədir.
UNRWA-nın Qəzzəyə yardım çatdırmaq üçün resurslara və zəmanətə malik yeganə qurum olduğunu müdafiə edən BMT mənbələri Qəzzada aclıq riski davam edərkən, İsrailin tələblərinə uyğun olaraq yeni nizama keçidin fəlakətli nəticələri olacağını bildirib.
UNRWA-nın sözçüsü Tamara Alrifai UNRWA-nın təkcə Qəzzada yardım paylamayıb, həm də 7 sağlamlıq mərkəzinin fəaliyyət göstərdiyini, gündə 23 min müalicə həyata keçirdiyini və 7 oktyabr 2023-cü ildən bu yana 53 min peyvənd təmin etdiyini bildirib.
UNRWA-nın üzərinə düşən vəzifəni yerinə yetirəcək heç bir təşkilatın olmadığına diqqət çəkən Alrifai aclığın dəhşətli bir problem olduğunu vurğulayıb.
Təxminən 74 ildir fələstinlilərin yaralarını sarmağa çalışan və milyonlarla fələstinli qaçqına dəstək verən UNRWA-nın obyektləri İsrail tərəfindən dəfələrlə vurulub, tonlarla ərzaq və dərman məhv edilib.
BMT-nin Baş katibi Quterreş İsrail rəsmilərinin 7 oktyabr hücumlarında bəzi UNRWA əməkdaşlarının əli olduğuna dair iddialarının təcili araşdırılmasını tələb etmişdi. UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.
ABŞ da daxil olmaqla 10-a yaxın ölkə və qurum UNRWA-ya ianələrini dondurduqlarını açıqlayıb.
İsrail UNRWA ilə bağlı ittihamlarını sübut edə bilmədikdən sonra Avstraliya, Kanada, İsveç və Avropa İttifaqı (Aİ) qərarlarını geri götürərək Agentliyi maliyyələşdirməyə davam edəcəklərini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



